Bank Of Baku

Məleykə Abbaszadə: “Ali məktəblərin I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin orta balı həddən artıq aşağıdır”

Məleykə Abbaszadə: “Ali məktəblərin I ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin orta balı həddən artıq aşağıdır”
# 17 iyul 2009 10:24 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ali məktəblərin I ixtisas qrupu üzrə iyunun 12-də imtahan verən abituriyentlərin orta balı həddən artıq aşağıdır. Bu ixtisas qrupunda 9135 nəfər müsabiqəyə buraxılıb. Xüsusi qabiliyyət tələb edən ixtisasları çıxdıqda, bu ixtisas qrupu üzrə 8308 plan yeri ayrılıb”. APA-nın məlumatına görə, bu sözləri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, imtahanda iştirak edən abituriyentlərin 57 faizi məzunlar olub və onların 35%-i 0-100, 26%-i 100-200 bal arası nəticə göstərib. Ümumilikdə I ixtisas qrupu abituriyentlərinin 67 faizi 200 bala qədər nəticə göstərə bilməyib. TQDK sədri qeyd edib ki, bu ixtisas qrupunda 600 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı Azərbaycan bölməsində 142, rus bölməsində 20 nəfərdir: “Plan yerləri ilə müsabiqəyə buraxılan abituriyentləri müqayisə etdikdə cəmi 700 abituriyentin artıq olduğu görünür. Əgər abituriyentlər düzgün seçim etsələr, hətta 200 bal toplayan abituriyent də qəbul oluna bilər”.

TQDK sədri artıq başa çatmış III və I ixtisas qruplarında minimum imtahan ballarının aşağı salınma səbəblərinə də aydınlıq gətirib: “Ümumilikdə ali məktəblərə 115 min abituriyent sənəd vermişdi. Onlar orta məktəb proqramının heç olmasa 50 faizini mənimsəsəydilər, 350 bal toplaya bilərdilər. Biz müsabiqəyə buraxılmaq üçün minimum imtahan ballarını cəmi 50 bal aşağı salmışıq ki, heç olmasa, normal müsabiqə vəziyyəti yarana bilsin. Çünki regional və özəl ali məktəblər belə tələbələri qəbul etməyə razıdır. Biz istəmirik ki, sonradan özəl ali məktəblər başqa üsullara əl atsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR