Bank Of Baku

Orta ixtisas məktəblərinin plan yerləri üzrə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq

Orta ixtisas məktəblərinin plan yerləri üzrə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq
# 17 iyul 2009 10:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinin plan yerləri üzrə ixtisas seçimi avqustun 7-dən 11-dək internet vasitəsilə aparılacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, orta ixtisas məktəblərinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra elektron ərizələrinə daxil olub, orta ixtisas məktəblərinin ixtisaslarını seçə biləcəklər. Orta təhsil bazasından orta ixtisas məktəblərinə ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, kodları, müsabiqə şərtləri “Abituriyent” jurnalının 5-ci sayında dərc edilib.

Qeyd edək ki, orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür. I ixtisas qrupuna texniki, iqtisadi, hüquq, pedaqoji, dizayn və bədən tərbiyəsi ixtisasları, II ixtisas qrupuna kimya – texnoloji və tibb ixtisasları, III ixtisas qrupuna isə humanitar, incəsənət və musiqi ixtisasları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR