Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 3 saylı istintaq təcridxanasına baxış keçiriblər

Ombudsman Aparatının əməkdaşları 3 saylı istintaq təcridxanasına baxış keçiriblər
# 17 iyul 2009 11:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ombudsman Aparatının əməkdaşları daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar həmin müəssisədə saxlanılan, Ombudsmana müraciət etmiş bir neçə şəxslə görüşüb söhbət aparıb, onlara hüquqlarını, Ombudsman haqqında Konstitusiya Qanununun müddəalarını, Müvəkkilin səlahiyyətlərini izah ediblər. Görüş zamanı həmin şəxslər təcridxanada saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini deyib, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.
Söhbət aparılmış Aybəniz Əliyeva barəsində istintaqın qeyri-obyektiv aparılmasından narazı olduğunu bildirib və etiraz olaraq aclıq aksiyası keçirdiyini söyləyib. Həmin şəxsə hüquqları izah edilib və onun şikayəti ilə əlaqədar Ombudsman tərəfindən baş prokurora müraciət olunduğu bildirilib. Ombudsmanın nümayəndələri müəssisəyə ümumi baxış keçirib və istintaq təcridxanasının rəhbərliyinə saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR