Bank Of Baku

Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin toplantısı keçirilib

Beynəlxalq Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsinin toplantısı keçirilib
# 17 iyul 2009 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Beynəlxalq Avropa Hərəkatının (BAH) Azərbaycan üzrə Hazırlıq Komitəsinin toplantısı keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yığıncaqda qurumda son aylarda baş verən neqativ hallar, təşkilatın rəhbərliyində təmsil olunan şəxslər arasında baş verən anlaşılmazlıq, Hazırlıq Komitəsinin bundan sonrakı fəaliyyəti, o cümlədən Beynəlxalq Avropa Hərəkatının baş katibi Dieqo Pintonun təşkilatın ölkə nümayəndəliyinə məktubu və Türkiyə Avropa Hərəkatının prezidenti Haluk Günuğurun təşkilatdaxili problemlərin həlli ilə bağlı tövsiyələri müzakirə mövzusu olub. Komitə üzvləri Azərbaycanın Avropa Hərəkatındakı imicinə, ölkənin Qərbə inteqrasiyası istiqamətində gördüyü işlərə, ümumilikdə BAH-ın fəaliyyətinə, o cümlədən D. Pintonun məktubundakı tövsiyə və təklifləri nəzərə almaq qərarına gəliblər. Yığıncağın qərarına əsasən bundan sonra BAH-ın Azərbaycan üzrə Hazırlıq Komitəsi əvvəlki tərkibdə - prezident Surxan Lətifov, baş katib Rəşad Xasayoğlu formatında fəaliyyət göstərəcək. Bununla yanaşı toplantının növbəti qərarı ilə Ramil Məmmədli BAH-ın Azərbaycan üzrə Hazırlıq Komitəsinin vitse-prezidenti seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR