Bank Of Baku

Ali məktəblərə yerləşdirmənin nəticələri avqustun 5-də elan olunacaq

Ali məktəblərə yerləşdirmənin nəticələri avqustun 5-də elan olunacaq
# 24 iyul 2009 09:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyulun 25-dən avqustun 3-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bütün ixtisas qrupları üzrə ali məktəblərə ixtisas seçiminə başlayır. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bildirib ki, artıq III, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlumdur. Həmin qrupların abituriyentləri öz elektron ərizələrinə daxil olaraq istədikləri 8 ixtisası seçə bilər. M. Abbaszadə II ixtisas qrupunun nəticələrinin iyulun 26-da axşam saatlarında elan olunacağını deyib: “Abituriyentlər ixtisas seçiminə vaxtında başlamalıdır. Nədənsə, abituriyentlər bu prosesi son günə saxlayır. Həftə ərzində TQDK-nın əməkdaşları bütün televiziya kanallarında çıxışlar edərək elektron ərizəni necə doldurmaq qaydalarını izah edəcəklər”.

TQDK sədri xatırladıb ki, qəbul imtahanında topladığı ballar çox yüksək olmayan abituriyentlər düzgün seçim etsələr, ali məktəblərə qəbul ola biləcəklər.

İxtisas seçimi prosesi avqustun 3-də yekunlaşdıqdan sonra nəticələr bir gün ərzində yoxlanacaq. TQDK ali məktəblərə yerləşdirmənin nəticələrini avqustun 5-də elan etməyi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR