Bank Of Baku

Azərbaycanda ilk dəfə «Minimal invaziv cərrahiyyə» mövzusunda beynəlxalq konqres keçiriləcək

Azərbaycanda ilk dəfə «Minimal invaziv cərrahiyyə» mövzusunda beynəlxalq konqres keçiriləcək
# 24 iyul 2009 09:50 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA-Economics. İyulun 27-dən 29-dək Bakıda “Türk-Azərbaycan Endoskopik Cərrahlar Assosiasiyası (TAECA) və ARDNŞ-in Mərkəzi Neftçilər Xəstəxanasının birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə «Minimal invaziv cərrahiyyə» mövzusunda beynəlxalq konqres keçiriləcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Konqresdə ABŞ, Rusiya, Belçika və Türkiyədən mütəxəssislərin, həmçinin 200-ə yaxın azərbaycanlı alim və həkimin iştirakı nəzərdə tutulur. Tədbirdə iştirak edəcək xarici mütəxəssislər arasında ABŞ-ın Klivlend Klinikası Laparoskopik qaraciyər cərrahiyyəsi şöbəsinin müdiri Eren Berber, ABŞ-ın Klivlend Klinikasının Piylənmə əleyhinə cərrahiyyə şöbəsinin müdiri Metyu Kroh, Türkiyə Endoskopik və Laparoskopik Cərrahiyyə Dərnəyinin sədri professor Emin Ersoy da var.

Konqresdə az müdaxiləli radiologiya metodları, mədə və diafraqma yırtıqlarının endoskopik müalicə üsulları, endoskopik yoğun bağırsaq cərrahiyyəsi, endoskopik qaraciyər, mədəaltı vəzi və dalaq cərrahiyyəsi, dünyanın son texnologiyalarından olan robot cərrahiyyəsi, çəki artımı - köklük və piylənməyə qarşı endoskopik cərrahiyyənin tətbiqi, öd yolları daşlarının endoskopik müalicəsi, ultrasəs müayinə və müalicə metodları, süd vəzi xəstəliklərinin endoskopik müalicə üsulları və s. məruzələr dinləniləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR