Bank Of Baku

TQDK sədri IV ixtisas qrupunda orta bal göstəricisindən narazıdır

TQDK sədri IV ixtisas qrupunda orta bal göstəricisindən narazıdır
# 24 iyul 2009 09:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. İyulun 18-də ali məktəblərin IV ixtisas qrupuna keçirilən imtahanda 15218 abituriyent iştirak edib. İmtahanın nəticələrinə əsasən IV ixtisas qrupunun bütün ixtisasları üzrə 3666 abituriyent, Azərbaycan Dövlət Aqrar Universitetinin ixtisasları üzrə isə 3785 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak hüququ qazanıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, bu il IV ixtisas qrupunda orta bal 168-dir, bu ixtisas qrupunda olan idman ixtisaslarını çıxdıqda isə orta bal 190-198 təşkil edir: “Bu, yaxşı hal deyil. Biz istərdik ki, bu ixtisas qrupunda orta bal ən azı 250-300 olsun. Amma biz minimum imtahan balını aşağı salmadıq. Çünki bu ixtisas qrupunda plan yerləri azdır. IV ixtisas qrupunda olan hazırlıqlı uşaqlar kifayət qədər müsabiqə vəziyyəti yaradıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR