Bank Of Baku

Təhsil Nazirliyində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib

Təhsil Nazirliyində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib
# 24 iyul 2009 10:17 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Təhsil Nazirliyində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunan tələbələrlə görüş keçirilib. APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Elmar Qasımov deyib ki, prezidentin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilən dövlət proqramı çərçivəsində 186 tələbə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alır və 2009-2010-cu illərdə bu sayın iki dəfə artacağı gözlənilir. Nazir müavini bildirib ki, bu tədris ili üçün xarici ölkə ali məktəblərində təhsil almaq üçün göndəriləcək tələbələrin sayının 250-yə çatdırılması nəzərdə tutulub: “Gələn tədris ili üçünsə bu rəqəm beş yüzə çatdırılacaq. Ümumilikdə bu proqram çərçivəsində xarici ölkələrdə ali təhsil alacaq gənclərin sayı beş min nəfər olacaq”.

Sonra xaricdə təhsilini davam etdirəcək 53 tələbə haqda məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR