Bank Of Baku

Ombudsman Aparatı müvəqqəti saxlama təcridxanasında öldüyü bildirilən şəxslə bağlı araşdırma aparıb

Ombudsman Aparatı müvəqqəti saxlama təcridxanasında öldüyü bildirilən şəxslə bağlı araşdırma aparıb
# 24 iyul 2009 12:08 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Aparatının əməkdaşları Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında öldüyü bildirilən Qasımov Söhbət Musa oğlu ilə bağlı məsələni araşdırıb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında olub və adı çəkilən şəxsin buraya gətirilmədiyini, S. Qasımovun saxlanılan şəxslərin qeydiyyatı və uçotu kitabında adının olmadığını müəyyənləşdiriblər. Binəqədi RPİ, rayon prokurorluğu və Məlikov adına 6 saylı birləşmiş xəstəxanada aparılmış araşdırma zamanı məlum olub ki, 1966-cı ildə Gədəbəy rayonunun Düzrəsullu kəndində anadan olmuş, Bakı şəhərində müvəqqəti yaşayan Qasımov Söhbət Musa oğlu iyulun 17-də saat 12.10 radələrində Binəqədi rayonu ərazisində idarə etdiyi avtomaşınla yolda tıxac yaradaraq sürücülərin narazılığına səbəb olub. Ondan avtomobilə aid sənədləri tələb edən yol-patrul xidmətinin əməkdaşlarının qanuni tələblərinə tabe olmadığı üçün o, Binəqədi RPİ-nin dördüncü polis bölməsinə aparılıb. S. Qasımov polis bölməsinin həyətində özünü pis hiss edib. Polis əməkdaşları tərəfindən dərhal təcili tibbi yardım çağırılıb və o, 6 saylı birləşmiş xəstəxanaya aparılıb. Reanimasiya şöbəsinə yerləşdirilən S. Qasımov orada vəfat edib. Xəstəxanada S. Qasımovu qəbul edən reanimasiya şöbəsinin müdiri xəstənin ağır infarkt əlamətləri ilə qəbul olunduğunu, ilkin tibbi yardım göstərilsə də, onu xilas etməyin mümkün olmadığını deyib. Binəqədi rayon prokuroru mərhumun meyitinin yarılmasında şəxsən iştirak etdiyini, onun bədənində hər hansı xəsarət olmadığını, ölümün səbəbinin kəskin ürək çatışmazlığı olduğu bildirib. Mərhumun meyiti ailəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR