Bank Of Baku

Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 13 abituriyent imtahan zalından çıxarılıb

Ali məktəblərin II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 13 abituriyent imtahan zalından çıxarılıb
# 25 iyul 2009 08:13 (UTC +04:00)
Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, imtahandan xaric edilənlərdən 4 nəfəri imtahan zalına mobil telefonla keçməyə cəhd göstərib. 1 nəfər imtahanın gedişinə mane olduğundan, 8 abituriyent isə köçürməyə cəhd göstərdiyinə görə imtahan zalından xaric edilib. E. Nağızadə bildirib ki, II ixtisas qrupu üzrə imtahan nəticələrinin sabah günün ikinci yarısı açıqlanması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR