Bank Of Baku

Azərbaycanda ali məktəblərin bakalavr pilləsinə ixtisas seçimi başlayıb

Azərbaycanda ali məktəblərin bakalavr pilləsinə ixtisas seçimi başlayıb
# 25 iyul 2009 08:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ali məktəblərin bakalavr pilləsinə ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, bu gündən avqustun 3-dək davam edəcək ixtisas seçimi mərhələsində hər bir abituriyent öz ixtisas seçimi ərizəsinə daxil olaraq sərbəst şəkildə 8 ixtisas kodunu göstərə bilər. Hələlik II ixtisas qrupunda imtahan nəticələri bəlli olmadığından, ixtisas seçimində digər qrupların müvəffəqiyyət qazanmış abituriyentləri iştirak edirlər. II ixtisas qrupunun nəticələri açıqlanandan sonra bu qrupun abituriyentləri də ixtisas seçimi mərhələsinə qoşulacaqlar.
Qeyd edək ki, bu il ali məktəblərə qəbul üçün plan yeri 29 mindən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR