Bank Of Baku

TQDK qəbul imtahanları ilə bağlı apellyasiya komissiyaları təşkil edib

TQDK qəbul imtahanları ilə bağlı apellyasiya komissiyaları təşkil edib
# 27 iyul 2009 07:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə və orta təhsil bazasından orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanları ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün apellyasiya komissiyaları təşkil edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, apellyasiya komissiyaları iyulun 28-dən 30-dək fəaliyyət göstərəcək. I və IV qruplar üzrə komissiyalar Bakı Qızlar Universitetində, II və III qruplar üzrə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, rus bölməsinin bütün ixtisas qrupları üzrə komissiyalar TQDK-da təşkil olunub. Ərizə forması və cavab kartının doldurulmasında texniki səhvlərə yol verən, imtahan qaydalarını pozan abituriyentlərin şikayətlərinə baxılmayacaq. Ali məktəblərə qəbul yalnız imtahanda toplanan ballara əsasən aparılır. Əhalinin heç bir sosial təbəqəsinə güzəşt nəzərdə tutulmur. Abituriyent komissiyaya şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR