Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında yoxlama aparıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında yoxlama aparıb
# 27 iyul 2009 08:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında heyvanların saxlanılma və qidalanma şəraitində olan çatışmazlıqlar barədə yayılmış bəzi şikayətlər əsasında araşdırma aparıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aparılan yoxlama zamanı Klinikada əmək intizamı və iş fəaliyyəti yerində araşdırılıb və ciddi pozuntular müəyyən edilməyib. Klinika 2006-2007-ci illərdə dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ən müasir tibbi avadanlıqlarla təchiz edilib və kadrlarla komplektləşdirilib. 2008-ci ildə Klinikaya 4 baş dovşan, 3 baş canavar, 2 baş cüyür, hər biri bir baş olmaqla çaqqal, tülkü, maral, ceyran, ayı, hər biri bir ədəd olmaqla şahin, Aralıq dənizi qartalı, qırqovul, leşyeyən, qartal, ağ baş kərkəs, qu quşu, hər biri iki ədəd olmaqla bildirçin və tüklüayaq sar gətirilib. Bu il isə Klinikaya yenidən 2 baş cüyür, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı və 1 ədəd leşyeyən gətirilib və hazırda orada saxlanılır.

Yoxlama zamanı klinikada saxlanılan adıçəkilən heyvanların yemləndirilməsi üçün müəssisədə kifayət qədər yem tədarükünün olduğu və normal qidalanmanın təmin edildiyi aşkar edilib. Bununla yanaşı, yoxlama zamanı saxlanılan vəhşi heyvanların mütəmadi olaraq müayinəsinin həyata keçirilməməsi, növlərin qapalı və yarımqapalı şəraitdə artırılması, habelə təbiətə buraxılması ilə əlaqədar işlərin lazımi səviyyədə təşkil olunmaması müəyyən olunub. Bununla bağlı Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasının rəhbərliyinə işində yol verdiyi nöqsanlara görə intizam tənbehi cəzası tətbiq olunub, fəaliyyətində dönüş yaradılması barədə ciddi tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR