Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü polis bölməsində ölən Gədəbəy sakinin təkrar ekspertizadan keçirilməsini tələb edir

Azərbaycan Milli Məclisinin üzvü polis bölməsində ölən Gədəbəy sakinin təkrar ekspertizadan keçirilməsini tələb edir
# 27 iyul 2009 10:15 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü iyulun 17-də polis bölməsində ölən seçicisinin təkrar ekspertizadan keçirilməsini tələb edir. Bu barədə APA-ya Gədəbəy rayonundan Milli Məclisə deputat seçilmiş Nazim Məmmədov bildirib. Millət vəkili Bakıda taksi sürücüsü işləyən Gədəbəyin Düz Rəsullu kənd sakini Söhbət Qasımovun Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsində ürək çatışmazlığından ölməsi haqda şübhələrinin olduğunu deyib: “Ailə üzvləri Söhbət Qasımovun ürək çatışmazlığından ölüb-ölmədiyini araşdırmaq istəyir. Onlar bu məsələ ilə bağlı mənə müraciət ediblər. İstəyirlər ki, ailə üzvlərinin iştirakı ilə təkrar ekspertiza keçirilsin. Təkrar ekspertizada mərhumun qohumları da iştirak etməlidirlər. Mən məsələnin obyektiv araşdırılması üçün müvafiq orqanlara müraciət etmişəm”.

Qeyd edək ki, iyulun 17-də yol polisinin əmrinə tabe olmayan taksi sürücüsü Söhbət Qasımov Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə aparılıb. Bəzi məlumatlara görə, S. Qasmov naməlum səbəblərdən bölmədə dünyasını dəyişib. Bundan sonra 6 saylı şəhər xəstəxanasına aparılan S. Qasımov yaxınlarının xəbəri olmadan yarılıb.

Faktla bağlı Ombudsman da araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR