Bank Of Baku

Tiflisdə Qafqaz bitkiçiliyinin “Qırmızı siyahısı”nın hazırlanmasına həsr olunan simpozium keçirilib

Tiflisdə Qafqaz bitkiçiliyinin “Qırmızı siyahısı”nın hazırlanmasına həsr olunan simpozium keçirilib
# 27 iyul 2009 11:16 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tiflisdə Qafqaz bitkiçiliyinin “Qırmızı siyahısı”nın hazırlanmasına həsr olunmuş simpozium keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantı zamanı hər Qafqaz ölkəsi üçün saxlanma prioritetlərinin göstərilməsi ilə milli endemlərin qiymətləndirilməsinə yekun vurulub, Qafqaz bitkilərinin “Qırmızı siyahısı”nın strukturu, formatı və mühüm botaniki ərazilərin müəyyənləşdirilmə prinsipləri nəzərdən keçirilib, Qafqaz bitkilərinin saxlanılmasının strategiyası üzrə təkliflər müzakirə edilib. Qafqaz bitkilərinin “Qırmızı siyahısı”nda müəyyən edilən qorunmanın “milli” prioritetlərinin siyahısını təsdiq edilən sənəd hazırlanıb. Əldə edilmiş nəticələrin Təbiətin Konservasiyası üzrə Beynəlxalq Birliyin (İUCN) qlobal “Qırmızı Siyahısı”na daxil edilməsi qərara alınıb.
Qeyd edək ki, Qafqaz florasında 6300 bitki növü var. Bunlardan 2500-ü bu region üçün endemdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR