Bank Of Baku

Ombudsman Aparatının nümayəndəsi ilə III İssık-Kul Beynəlxalq İnsan Hüquqları Forumunda iştirak edib

Ombudsman Aparatının nümayəndəsi ilə III İssık-Kul Beynəlxalq İnsan Hüquqları Forumunda iştirak edib
# 27 iyul 2009 12:59 (UTC +04:00)
Bişkek-APA. Bişkekdə Qırğızıstan Respublikası Prezidenti Administrasiyasının və hökumətinin, BMT və ATƏT-in Qırğızıstandakı nümayəndəliklərinin birgə dəstəyi ilə III İssık-Kul Beynəlxalq İnsan Hüquqları Forumu keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirə xarici ölkələrin ombudsmanları, beynəlxalq təşkilatların nümayəndələri, insan hüquqları üzrə tanınmış ekspertlər, Qırğızıstan Respublikasının Baş naziri, digər dövlət rəsmiləri, deputatlar və QHT nümayəndələri qatılıblar. Tədbirdə Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Aydın Səfixanlı da iştirak edib. O, tədbirdə “Azərbaycan Ombudsmanının fəaliyyətinin əsas prioritet istiqamətləri” mövzusunda çıxış edib. Aydın Səfixanlı məruzəsində Ombudsman Elmira Süleymanovanın insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə və dövrün prioritetlərinə əsaslanan fəaliyyət strategiyasının İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə və digər beynəlxalq hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hüquqların kompleks şəkildə, heç bir ayrı-seçkiliyə yol verilmədən təmininə yönəldiyini, ötən müddət ərzində insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Müvəkkilin müəyyən etdiyi fəaliyyət prinsiplərinin uğurla tətbiq edildiyini, Azərbaycan Milli İnsan Hüquqları təsisatının hamı üçün əlçatan olduğunu diqqətə çatdırıb. Ombudsman Aparatının nümayəndəsi «İşgəncələrə qarşı mübarizə üzrə Milli Preventiv Mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə» mövzusunda keçirilən ikinci sessiyada «Azərbaycan Ombudsmanı işgəncələrə qarşı mübarizə üzrə milli preventiv mexanizm kimi», üçüncü sessiyada «Azərbaycan Ombudsmanının miqrantların hüquqlarının qorunmasında rolu» mövzularında çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR