Bank Of Baku

Ətraf mühitin mühafizəsi ilə bağlı qanun pozuntularına görə 78 akt və protokol tərtib olunub

Ətraf mühitin mühafizəsi ilə bağlı qanun pozuntularına görə 78 akt və protokol tərtib olunub
# 28 iyul 2009 07:21 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2009-cu ilin 13-20 iyul tarixlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırmalar aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırmalar zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 78 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 19 göstəriş verilib. Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 67 akt tərtib olunub, 19 məcburi göstəriş verilib. 1 iş üzrə 200 manat məbləğində cərimə tətbiq edilib və ödənilməsi təmin olunub.
Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 7 akt və protokol tərtib edilib.
Yerin təkinin mühafizəsi sahəsində 4 akt və protokol tərtib olunmuş, 3 iş üzrə 295 680 manat məbləğində iddia qaldırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR