Bank Of Baku

Şirvan şəhərinin inzibati ərazisinin elektron xəritəsi hazırlanıb

Şirvan şəhərinin inzibati ərazisinin elektron xəritəsi hazırlanıb
# 28 iyul 2009 08:11 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərinin inzibati ərazisinin elektron xəritəsi hazırlanıb.Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan Şəhər Bələdiyyəsindən bildirilib. Məlumata görə, Milli Məclisdə inzibati-ərazi bölgüsündə qismən edilmiş dəyişikliklər də nəzərə alınmaqla Şirvan şəhərinin inzibati ərazisinin elektron xəritəsi CD variantında tərtib edilib. Daha sonra mövcud infrastrukturun inventarlaşdırılması məqsədi ilə şəhərin üç rəngli elektron xəritəsinin və baş planın üzərində iş aparıldığı bildirilir. Üç rəngli elektron xəritədə dövlət torpaqları, bələdiyyə torpaqları və fərdi torpaqlar ayrı-ayrı rənglərdə göstəriləcək. Şirvan bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi elektron xəritənin hazırlanmasında yaxından iştirak edib. Qeyd edək ki, hal-hazırda əraziyə edilən dəyişikliklərdən sonra Şirvan şəhərinin inzibati ərazisi 8963 hektara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR