Bank Of Baku

Beş mağazada saxlama müddəti ötmüş 150 kq-dan artıq ərzaq məhsulları aşkarlanaraq məhv edilib

Beş mağazada saxlama müddəti ötmüş 150 kq-dan artıq ərzaq məhsulları aşkarlanaraq məhv edilib
# 28 iyul 2009 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti növbəti monitorinq keçirib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, monitorinq zamanı Bakının Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində yerləşən «Rəfi market»də, «Corner market»də, «Bizim market»də, «Fərid market»də və Adil Ağaverdiyevə məxsus ərzaq malları mağazasında ümumi çəkisi 150 kiloqramdan çox saxlama müddəti ötmüş ərzaq məhsulları - mayonezlər, kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş 5 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib olunub. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.
Qeyd edək ki, ümumiyyətlə, cari ilin mayın 17-dən aparılan nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 38 hüquqi şəxsə 148,5 min manat, 221 fiziki şəxsə 332 min manat cərimə tətbiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR