Bank Of Baku

Milli Qəhrəman Eltun İsgəndərovun ölümünün 40-cı günü qeyd edilib

Milli Qəhrəman Eltun İsgəndərovun ölümünün 40-cı günü qeyd edilib
# 28 iyul 2009 13:24 (UTC +04:00)
Samux. Cəmşid Bəxtiyar-APA. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun doğulduğu Samux rayonunun Əhmədbəyli kəndində onun ölümünün 40-cı günü münasibətilə anım mərasimi keçirilib. Samux rayon İcra Hakimiyyətindən APA-nın qərb bürosuna verilən məlumata görə, mərasimə şəhidin yaxınları ilə yanaşı rayonun icra başçısının birinci müavini Tahir Əsgərov, qəhrəman əsgərin komandirləri, Sərhəd Qoşunlarının yüksək rütbəli zabitləri də qatılıb. Mərasim iştirakçıları şəhidin Əhmədbəyli kənd qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Xatırladaq ki, 19 yaşlı əsgər E. İsgəndərov Azərbaycan-İran sərhədində sərhəd pozucuları ilə mübarizədə döyüş yoldaşlarının həyatını xilas edib. Bu igidliyinə görə, Elton İsgəndərova Azərbaycan prezidenti İlham Əliyevin xüsusi sərəncamı ilə Milli Qəhrəman adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR