“Donuz qripi” virusunun növbəti dalğası oktyabr-noyabr aylarında başlayacaq
R. Abdullayev hesab edir ki, Azərbaycanla sərhəd olan Gürcüstan, Rusiya, Türkiyə, İran və Qazaxıstanda A/H1N1 virusu qeydə alındığından müvafiq qurumlar daha ciddi fəaliyyət göstərməlidir: “Virusun sərhədi yoxdur. Hər ehtimala qarşı biz tam hazır vəziyyətdəyik”. Sözügedən ölkələrlə mütəmadi gediş-gəliş olsa da, R. Abdullayev hələlik həmin ölkələrə getmək üçün məhdudiyyətin tətbiq olunmasına ehtiyac olmadığını deyib: “Sərhəd-keçid məntəqələrində ölkəyə gələn insanlar yoxlanılır. Hazırda Azərbaycanda virusla bağlı heç bir hal qeydə alınmadığından belə məhdudiyyət tətbiq edə bilmərik”.
Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov isə APA-ya bildirib ki, Azərbaycanda “donuz qripi” təhlükəsi ilə bağlı böyüklər üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 8 boks yaradılıb. Uşaqlar üçün isə 7 saylı Uşaq Yoluxucu Xəstəxanasında bokslar ayrılıb: “Əgər xəstəlik qeydə alınarsa, ən ağır xəstələr həmin bokslara yerləşdiriləcək. Lazım gəlsə, digər klinikalar və stasionarlar da bu işə cəlb ediləcək. Bütün rayon xəstəxanalarının yoluxucu şöbələrində də bir palata hazır vəziyyətə gətirilib. Həmin müəssisələrin hamısı lazımi avadanlıqlarla, oseltamivir preparatları ilə təchiz edilib. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində də lazımi qədər ehtiyat var”.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin layihə koordinatoru Elxan Qasımov APA-ya açıqlamasında A/H1N1 virusunun çox sürətlə yayıldığını deyib: “Pandemiya olduğundan artıq hər bir hadisənin qeydə alınmasına və hər bir şübhəlinin yoxlanılmasına lüzum qalmır, buna görə də ölkələrdən gələn məlumat tam deyil. ÜST-də iyulun 22-nə olan məlumata görə, dünyada virusla bağlı 130 mindən çox hadisə qeydə alınıb. Onlardan 900 hadisə ölümlə nəticələnib. Virus inkişaf etdikcə, onun barəsində daha çox və daha dəqiq məlumatlar yaranır. Sübut olunub ki, hamilə qadınlar daha çox risk altındadır. Xüsusən də hamiləliyin son 3 ayı bu baxımdan daha təhlükəlidir. Xroniki xəstəliyi olanlar da yoluxmaya meyllidirlər. Əvvəllər virus gənclər arasında daha çox yayılırdı. İndi isə yaşlılar arasında bu tendensiya sürətlənib”.
E. Qasımovun sözlərinə görə, Azərbaycanla sərhəd olan Gürcüstanda virusla bağlı iki hadisə qeydə alınıb: “Son məlumatlara görə, İranda da virusla bağlı iki hadisə qeydə alınıb. Türkiyədə rəsmi olaraq 28 hadisə təsdiqlənmişdi. Amma indi məlumat almışıq ki, bu ölkədə qripə yoluxmada şübhəli şəxslərin sayı artıb. Yoxlamaların nəticələri ilə bağlı cavab hələ yoxdur. Rusiyada rəsmi təsdiqlənmiş 18 qrip hadisəsi qeydə alınıb. Amma bu gün məlumat almışıq ki, bu ölkədə artıq 10 yeni hadisə də təsdiq olunub. Hələlik ÜST bunu təsdiq etməyib. Qazaxıstanda virusla bağlı təsdiq olunmuş bir hadisə qeydə alınıb. Bəzi ölkələr virusun yayılmasının qarşısını almaq üçün A/H1N1 qeydə alınmış ölkələrə gediş-gəlişin məhdudlaşdırılmasını tövsiyə edirlər. ÜST isə hesab edir ki, səyahətlərin qarşısının alınması xəstəliyinin yayılmasını əngəlləməyəcək. Buna görə də səyahətlərə heç bir məhdudiyyət qoyulmur”.
ÜST təmsilçisinin sözlərinə görə, Səhiyyə Nazirliyi virusun Azərbaycanda yayılmaması ilə bağlı Dövlət Gömrük Komitəsi, “Azərbaycan Dəmir Yolu” QSC və “Azərbaycan Hava Yolları” QSC ilə birgə tədbirlər həyata keçirir: “Ölkə üzərinə nə iş düşürsə, onu görür. ÜST Azərbaycana 10 min adamın müalicəsi üçün lazım olan preparatlar verib. Əlavə yardımla bağlı isə hələlik Səhiyyə Nazirli tərəfindən bizə müraciət daxil olmayıb”.
E. Qasımovun sözlərinə görə, bu, hələlik virusun birinci dalğasıdır. Növbəti dalğanın isə oktyabr-noyabr aylarında, mövsümi qriplərin yayıldığı zaman başlanacağı gözlənilir: “Virusun özünü necə aparacağı hələ məlum deyil. Əvvəlki virusla müqayisədə A/H1N1 çox böyük sürətlə yayılır. Bu virus altı həftə ərzində elə ərazini əhatə edir ki, ondan əvvəlki virusların belə ərazini əhatə etməsi üçün 6 ay tələb olunurdu. Hələ ki, qriplə yoluxmaların böyük əksəriyyəti yüngül keçir. Virus hələlik dərman vasitələrinə qarşı həssasdır. Peyvənd istehsalı davam edir. Artıq Kanada, Avstraliya, ABŞ-da insanlar üzərində peyvəndlərin kliniki analizləri aparılır. A/H1N1 virusu ilə bağlı peyvəndin sentyabrın sonu, oktyabrın əvvəli hazır olacağı gözlənilir”.
Sosial
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Xəbər Lenti
Fitso: Slovakiya NATO sammitində Ukraynaya yeni hərbi kreditə dəstək verməyəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb - VİDEO
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi FHN komandası olub
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
UFC: Braziliya təmsilçisindən çətin qələbə
Bakıda keçirilən UFC-də Azərbaycan təmsilçisi debütündə nakautla qələbə qazanıb
Ötən gün 2 avtomat silahı, 9 tüfəng aşkarlanıb
Hörmüz boğazında tanker vurulub
Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib
“Qafqaz Qartalı - 2026” təlimi başa çatıb - VİDEO
İran ABŞ-ı memorandumun iki bəndini pozmaqda ittiham edib
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib