Bank Of Baku

Məlahət İbrahimqızı: “Bakı küçələrində yırtıcı itlər insanlara təhlükə törədir”

Məlahət İbrahimqızı: “Bakı küçələrində yırtıcı itlər insanlara təhlükə törədir”
# 28 iyul 2009 15:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bakının park və küçələrində Pitbull və digər yırtıcı itlərə tez-tez rast gəlinməsi insanların həyatı üçün ciddi təhlükə yaradır. Bəzən belə itlər insanların daha çox toplaşdığı parklarda sərbəst şəkildə hərəkət edirlər. Çox vaxt onların buruntaqları belə taxılmır”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü Məlahət İbrahimqızı deyib. O, son illər Bakıda Milli Park da daxil olmaqla, əksər park və meydanların abadlaşdırıldığını, insanların bu yerlərdə kütləvi gəzintiyə çıxmasının müşahidə edildiyini bildirib: “Bir də görürsən həddən artıq böyük it parkda insanların gəzdiyi yerlərdə sərbəst şəkildə hərəkət edir. Avropa ölkələrində belə itlərin gəzdirilməsi qadağan olunub. Dünyanın bir çox ölkələrində ev itlərinə dişləmək həvəsini öldürən iynələr vurulur. Bizdə isə ev iti adı altında yırtıcı itlər saxlanılır. Belə hallara qarşı ölçü götürülməlidir”.

M. İbrahımqızı problemlə dərindən maraqlanacağını və ölçü götürülməsi üçün müvafiq qurumlara müraciət edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR