Bank Of Baku

Güclü leysan Azərbaycanın şimal rayonlarına da ziyan vurub

Güclü leysan Azərbaycanın şimal rayonlarına da ziyan vurub
# 29 iyul 2009 12:09 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. İyulun 28-i günün ikinci yarısında etibarən Azərbaycanın Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarına leysan yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Qubanın Xaltan və Xınalıq kəndlərinə yağan yağış həm də dolu ilə müşayiət olunub. Adı çəkilən kəndlərə 22 mm yağıntı düşüb. Quba şəhərində 10,2 mm yağıntı qeydə alınıb. Yağışın ən çox düşdüyü ərazi Qusar rayonunda qeydə alınıb: 40,5 mm. Bölgədə temperatur 10-12 dərəcə aşağı düşüb. Çaylarda suyun həcmi artıb. Qeyri-sabit hava şəraiti ilə əlaqədar bölgənin müəyyən ərazilərində elektrikin verilməsində məhdudiyyətlər yaranıb. Güclü küləklə müşayiət olunan yağış şimal bölgəsinin bəzi ərazilərində, xüsusilə Quba və Qusarın dağlıq ərazilərində ot biçininə ciddi ziyan vurub. Yaylaqlarda sel əmələ gəlib və biçilmiş otları özü ilə aparıb. Həmçinin yaylaqlardakı heyvandarların dolu və leysan yağışları nəticəsində təhlükə ilə üzləşdiklərini bildirir. Bölgənin turizm obyektlərində, xüsusilə Nabran zonasında dincələn insanlar buranı tərk etməyə başlayıb. Yağış müəyyən fasilələrlə bu gün də yağmaqdadır. Hidrometeoroloqlar qeyri-sabit hava şəraitinin iyulun 31-dək davam edəcəyini bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR