Bank Of Baku

Göyçay və Ucar rayonlarına elektrik enerjisi verilməsində fasilə yaranıb

Göyçay və Ucar rayonlarına elektrik enerjisi verilməsində fasilə yaranıb
# 29 iyul 2009 12:13 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Dünən axşamdan başlayan güclü külək Göyçay və Ucar rayonlarında elektrik enerjisinin verilməsində problem yaradıb. Göyçay rayon Enerji təchizatı idarəsindən APA-nın Aran bürosuna verilən məlumata görə, güclü külək bir neçə elektrik xəttinin qırılmasına səbəb olub. Saat 12 radələrinə kimi Göyçay rayonunda elektrik xətlərinin bir qismi bərpa olunub. Hazırda rayondakı yarımstansiyalarda təmir işləri davam etdirilir.
Ucar rayonunda külək daha güclü olduğundan axşam saatlarından səhərə kimi rayona enerji verilişində fasilə yaranıb. Ucar Paylayıcı Şəbəkəsinin rəisi Bahadır Faxracovun APA-nən əməkdaşına verdiyi məlumata görə, görülən bərpa işlər sayəsində rayon mərkəzi elektrik enerjisi ilə təmin olunub. Hazırda kəndlərə enerji verilməsi üçün bərpa işlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR