Bank Of Baku

Akif Əli: “Nədənsə bəzi qəzetlər “imkanlı adamlar” dedikdə, yalnız vəzifəli şəxsləri nəzərdə tutur” - FOTO

Akif Əli: “Nədənsə bəzi qəzetlər “imkanlı adamlar” dedikdə, yalnız vəzifəli şəxsləri nəzərdə tutur” - <font color=red>FOTO</font>
# 29 iyul 2009 12:48 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Baş nazirin müavini Əli Həsənovun iyulun 28-də Nazirlər Kabinetində Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclasında söylədiyi fikirlər bəzi mətbuat vasitələri tərəfindən yanlış istiqamətdə şərh olunub”. Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli deyib. A. Əli bildirib ki, bəzi mətbuat orqanları, əsasən Əli Həsənovun “İmkanlı adamların övladları narkotik maddələrdən istifadə edir” fikrinə özlərinə sərf edən şəkildə şərh verib: “Bəziləri isə Əli Həsənovun çıxışını guya iqtidar daxili mübarizələrin nəticəsi kimi qələmə veriblər. Bütün bunlar həqiqətə uyğun deyil və əsası yoxdur. Əslində, komissiyada narkomaniya ilə mübarizə sahəsində daha mühüm addımların atılması barədə danışılıb. Əli Həsənov bildirib ki, ailələrin problemin qarşısının alınmasında əməyi böyükdür. Doğrudan da, hər bir valideyn öz övladının bəlaya düçar olmasının qarşısını almağa çalışmalıdır. Bu kontekstdə xoş niyyətlə deyilən sözlərə kənar şərhlər vermək, bunu qarşıdurma kimi göstərmək hesab edirəm ki, düzgün deyil və təkzib olunmalıdır”.

Məsələ ilə bağlı məhkəməyə müraciət edilməyəcəyini deyən A. Əli baş verənləri təəssüflə qarşıladığını deyib: “Nədənsə bəzi qəzetlər “imkanlı adamlar” dedikdə, yalnız vəzifəli şəxsləri nəzərdə tutur. Lakin heç də imkanı olan şəxslərin hamısının vəzifəsi yoxdur və yaxud əksinə... İndi ölkədə söz azadlığıdır. İstənilən şəxs fikirlərini söyləməkdə azaddır. Məsləhət görərdim ki, hökumətdə xoş niyyətli iş görülürsə, bunu xoş niyyətlə də qəbul etsinlər. Bu hallar oxucunu çaşdırmaq və mətbu orqanın satılmasına çalışmaq məqsədi daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR