Bank Of Baku

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri xaricdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
# 29 iyul 2009 13:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov nazirliyin xətti ilə aparıcı xarici təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə müxtəlif təhsil müəssisələrindən 30-a yaxın tələbə iştirak edib.
APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Ə.Abbasov hər il keçirilən belə görüşlərin artıq ənənə halı aldığını bildirib. Nazir deyib ki, bu görüşlərin keçirilməsində əsas məqsəd tələbələr və onların təhsildə əldə etdikləri uğurlarla daha yaxından tanış olmaq, eləcə də tədris prosesində yaranan müxtəlif sual və problemlərin həllində köməklik göstərməkdir.
Görüşdə bildirilib ki, 2006-cı ildən etibarən 50-dən çox tələbə RİTN-in hesabına dünyanın müxtəlif təhsil müəssisələrində oxuyur. Tələbələrin əksəriyyəti informasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə təhsil alır. Həmçinin görüş zamanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi internet portalının “Kadr siyasəti” bölməsində yeni yerləşdirilmiş “Bizim tələbələr” adlı səhifənin təqdimatı keçirilib. Səhifədə RİTN-in xətti ilə xarici universitetlərdə təhsil alan bütün tələbələr haqqında məlumatlar yerləşdirilib.
Görüşdə nazirin göstərişi ilə bir sıra təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin artırılmasına dair məsələlər öz müsbət həllini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR