Bank Of Baku

Azad İstehlakçılar Birliyi sement satışı ilə bağlı apardığı müşahidə-monitorinqin nəticələrini açıqlayıb

Azad İstehlakçılar Birliyi sement satışı ilə bağlı apardığı müşahidə-monitorinqin nəticələrini açıqlayıb
# 29 iyul 2009 13:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Azad İstehlakçılar Birliyi (AİB) respublikanın şimal, cənub, qərb və aran bölgəsində satılan sementlərlə bağlı apardığı müşahidə-monitorinqin nəticələrini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, respublikanın şimal bölgəsində yerləşən Quba, Qusar, Xaçmaz və Xudatda aparılan monitorinq nəticəsində bu rayonların ərazisində yerləşən topdan və pərakəndə satış yerlərində «Qaradağsement» ASC-yə məxsus «Qaradağ Optimal» və «Qaradağ spesial» sementləri və Rusiya istehsalı olan «Evrosement» mal nişanlı sementlər var.

Bu bölgədə Quba şəhəri Vaqif küçəsində Nəriman Zalıbəyova məxsus mağazada 40 ədəd 50 kq-lıq kisələrdə Qaradağ mal nişanı ilə saxta optimal sement aşkar edilib. Saxta sementlərin satışı dərhal dövlət orqanları tərəfindən dayandırılıb.

Həmçinin Bakı-Xaçmaz yolunda Cahangir Cahangirova məxsus tikinti materialları mağazasında 120 kisə saxta Rusiya istehsalı olan «Evrosement» mal nişanlı sementlər aşkar edilib. Hər iki obyektdə saxta sementlərin satışı dərhal dövlət orqanları tərəfindən dayandırılıb.

Cənub bölgəsində aparılan monitorinq nəticəsində saxta sement aşkarlanmayıb. Bu bölgədə «Qaradağsement» ASC-yə məxsus «Qaradağ Optimal» və «Qaradağ spesial» sementləri və İran istehsalı olan “Ərdəbil” və “Kars” sementləri satılır.

AİB-in aran zonası üzrə apardığı monitorinq nəticəsində Sabirabad rayonu H.Əliyev küçəsi-2 ünvanında yerləşən Hüseyn Rasim oğlu Axundova məxsus mağazada 154 kisə saxta Rusiya istehsalı olan «Evrosement» mal nişanlı sementlər aşkar edilib. Bu sement kisələrinin üzərində ştrix kodlar saxtalaşdırılıb. Aparılan monitorinq nəticəsində Qərb bölgəsində saxta sement satışına rast gəlinməyib.

AİB sədri Eyyub Hüseynovun sözlərinə görə, aparılan müşahidə-monitorinqin nəticəsi göstərir ki, 2006-cı illə müqayisədə mövcud sement bazarındakı vəziyyət yaxşılaşmağa doğru inkişaf edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR