Bank Of Baku

Goranboyun 14 yaşayış məntəqəsi sel suları altında qalıb

Goranboyun 14 yaşayış məntəqəsi sel suları altında qalıb
# 29 iyul 2009 13:23 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu-APA. Ötən gün axşam saatlarından etibarən qərb bölgəsində müşahidə olunan qeyri-sabit həyat şəraiti Goranboy rayonuna xeyli zərər vurub. APA-nın Qarabağ bürosunun məlumatına görə, rayonun 14 yaşayış məntəqəsi sel altında qalıb. 600 dən çox fərdi təsərrüfata ziyan dəyib. Dağ çaylarının üzərində yerləşən iki körpü uçub. Qarqucaq və Şəfibəyli kəndlərini birləşdirən körpü uçduğundan sözügedən yaşayış məntəqələri arasında gediş-gəliş çətinləşib. Goranboy rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, sel suları mal-qara arasında da tələfat törədib. Hazırda rayon Fövqəladə Hallar Komissiyası rayona dəymiş ümumi zərərin miqdarını dəqiqləşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR