Bank Of Baku

Ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 18601 abituriyent öz ixtisas seçimini təsdiqləyib

Ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 18601 abituriyent öz ixtisas seçimini təsdiqləyib
# 29 iyul 2009 14:28 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu gün saat 17.00-a olan məlumatına əsasən 2009-2010-cu tədris ili üçün ali məktəblərin bakalavr pilləsinə daxil olmaq üçün 18601 abituriyent öz ixtisas seçimini təsdiqləyib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi məlumata görə, ixtisas seçimini təsdiqləyən abituriyentlərin 16027-si Azərbaycan, 2574-ü rus bölməsi üzrə sənədlərini təsdiqləyib. I ixtisas qrupu üzrə 6109, II ixtisas qrupu üzrə 2794, III ixtisas qrupu üzrə 7469, IV ixtisas qrupu üzrə isə 2229 abituriyent öz ixtisas seçimini təsdiqləyib.

Qeyd edək ki, ali məktəblərə qəbulun ixtisas seçimi mərhələsi iyulun 25-dən avqustun 3-dək davam edir. Bu tədris ili üçün ixtisas seçimi mərhələsinə buraxılan abituriyentlərin ümumi sayı 31210 nəfərdir. Ali məktəblərə qəbul üçün plan yerlərinin sayı isə 29 mindən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR