Bank Of Baku

Azərbaycan təmsilçiləri “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Cənubi Qafqaz çempionatında qələbə qazanıblar

Azərbaycan təmsilçiləri “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Cənubi Qafqaz çempionatında qələbə qazanıblar
# 29 iyul 2009 16:30 (UTC +04:00)
Bakı – APA. İyulun 24-26-da Gürcüstanın Batum şəhərində Azərbaycan, Gürcüstan və Ermənistan bilicilərinin iştirakı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XI Cənubi Qafqaz çempionatı keçirilib. 47 komandanın iştirak etdiyi mötəbər yarışda Azərbaycanın “Atəşgah İntellektual Oyunlar Klubu” İctimai Birliyinin üzvlərindən ibarət komandalar ənənəvi olaraq yüksək nəticə göstəriblər. Birlikdən APA-ya verilən məlumata görə, Faiq Hüseynovun komandası (Rüfət Abdulla, Emil Mədətov, Zaur Ağayev, Cəmilə Əzizova, Roman Orkodaşvili və Faik Hüseynov) 72 sualdan ibarət intellektual marafonu 63 suala düzgün cavab verərək uğurla başa vurub və Cənubi Qafqaz çempionu titulunu qoruyub.

Erməni komandalarından birinin öz adını “Kaşataq” (Laçın) qoymasına cavab olaraq “Zəngəzur” adı ilə çıxış edən Balakişi Qasımovun komandası azərbaycanlı bilicilərin yüksək ustalığını bir daha təsdiqləyərək gümüş medallara sahib olub.

Azərbaycan nümayəndə heyətinin uğurları bununla bitməyib. Çempionatın oyunları çərçivəsində keçirilmiş “Breyn-rinq” intellektual oyunu üzrə çempionat “Azərbaycan finalı” ilə yekunlaşıb. Belə ki, olimpiya sistemi ilə keçirilən breyn-rinq yarışında rəqiblərinə qalib gələn iki Azərbaycan komandası qalib adı uğrunda finalda qarşılaşıb. Gərgin keçən finalda Nigar İbrahimovanın kapitanı olduğu “SVU” komandası Azərbaycanı təmsil edən “Mafiya” komandasına qalib gələrək XI Cənubi Qafqaz çempionatının “Breyn-rinq” çempionu adını qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR