Bank Of Baku

Azərbaycanın rayonlarında yağış və dolu gözlənilir

Azərbaycanın rayonlarında yağış və dolu gözlənilir
# 30 iyul 2009 09:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, havanın temperaturu gündüz 27-30 dərəcə, axşam 23-25 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə olacaq.

İyulun 31-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz 28-31 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. Avqustun 1-də havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 21-23 dərəcə, gündüz 28-31 dərəcə isti olacaq.

Avqustun 2-də havanın buludlu keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, şimal küləyi əsəcək, arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 22-24 dərəcə, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 31-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 20-24 dərəcə isti olacaq. Avqustun 1-2-də, əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın lokal leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-23 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 19-24 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR