Bank Of Baku

Ağdam ərazisində arxeoloji qazıntı aparılıb

Ağdam ərazisində arxeoloji qazıntı aparılıb
# 30 iyul 2009 09:45 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq-etnoqraf Hidayət Cəfərov Ağdamın Yüzbaşılı kəndində aşkarlanan qədim yaşayış məskəninin yerləşdiyi ərazidə yenidən qazıntı işi aparıb. Qazıntı zamanı gənc qadına məxsus skeleti və üzərindən kobud şəkildə düzəldilmiş mis qolbağı, üzük, sırğa, xeyli sayda muncuq və bəzi məişət əşyaları aşkarlanıb. H. Cəfərov APA-nın Qarabağ bürosuna bildirib ki, ərazidə aşkara çıxarılan qədim məişət əşyalarının mənsubiyyətinə görə buranın yaşı beş min ildən çox olan qədim insan məskəni olduğunu söyləmək mümkündür: “Arxeoloji materialların tədqiqi deməyə əsas verir ki, ərazi antik dövrdən, yəni eramızdan əvvəl 4-cü əsrdən başlayaraq yaşayış məskəni kimi formalaşıb. Burada insanların məskunlaşması erkən orta dövrlərə qədər davam edib, 9-10-cu əsrlərdən sonra yaşayış kəsilib. Bu da bilavasitə ərazidə ardıcıl müharibələrin olması ilə bağlılıq təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR