Bank Of Baku

Azərbaycanda hərbi qulluqçuların geyim formalarının verilmə qaydaları təsdiqlənib

Azərbaycanda hərbi qulluqçuların geyim formalarının verilmə qaydaları təsdiqlənib
# 19 yanvar 2010 13:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetindən bildirilib ki, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Müdafiə Nazirliyi, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Xüsusi Dövlət Mühafizə Xidməti, Milli Təhlükəsizlik Nazirliyi, Vergilər Nazirliyi, Respublika Prokurorluğu və Hərbi Prokurorluğun işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətlərinin təsdiq edilməsi haqqında qərarlara əlavə və dəyişikliklər olunub. Əlavə və dəyişikliklərə əsasən, adıçəkilən qurumlar Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Qeyd edək ki, adıçəkilən qurumların geyim normalarına müxtəlif üst geyimləri, gündəlik iş, səhra nümayiş geyimləri, furajkalar, paqonlar, rütbə nişanları və qol nişanları, köynəklər, ayaqqabılar və s. olmaqla müxtəlif qurumlardan asılı olaraq 15-20 geyim daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR