Bank Of Baku

İran Milli Gənclər Təşkilatının nümayəndə heyəti Azərbaycanda səfərdədir

İran Milli Gənclər Təşkilatının nümayəndə heyəti Azərbaycanda səfərdədir
# 25 yanvar 2010 11:28 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Milli Gənclər Təşkilatının nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib.

Səfər Azərbaycanın Gənclər və İdman Nazirliyi dəvəti ilə həyata keçirilir.

Nümayəndə heyətinə İran Milli Gənclər Təşkilatı sədrinin müavini Məhəmməd Sadiq Əkbəri başçılıq edir.

Səfər çərçivəsində tərəflər arasında idman və gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq əməkdaşlığa dair razılaşmalar imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR