Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hərbi-həkim ekspertizasından keçiriləcək

Dövlət Miqrasiya Xidmətinin əməkdaşları hərbi-həkim ekspertizasından keçiriləcək
# 25 yanvar 2010 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Nazirlər Kabineti «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»yə əlavə edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Məlumata görə, Dövlət Miqrasiya Xidmətinin təklifi nəzərə alınaraq bu qurum əməkdaşları hərbi-həkim ekspertizasından keçirilən dövlət orqanlarının siyahısına daxil edilib.

Qeyd edək ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən hərbi-həkim ekspertizası Azərbaycan Silahlı Qüvvələrində, qanunvericiliyə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə, Milli Təhlükəsizlik, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, gömrük və feldyeger rabitəsi orqanlarında vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə, orqanlarda xidmət keçməklə səbəb əlaqəsini təyin etmək məqsədi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR