Bank Of Baku

Azərbaycanlı tədqiqatçı Amazonların Qala kəndində izlərini aşkarlayıb - FOTOSESSİYA

Azərbaycanlı tədqiqatçı Amazonların Qala kəndində izlərini aşkarlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 yanvar 2010 12:57 (UTC +04:00)
Bakı - APA. Amazonların Qafqazda tədqiqatı ilə məşğul olan Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, şairə Nuridə Atəşi (Nouride Ateshi) savaşkar Amazon qadınlarının tarixi vətəninin Qafqaz, xüsusilə Azərbaycan və onun Qarabağ bölgəsi olduğunu iddia edir. N. Atəşi APA-ya bildirib ki, hələ Moisey Kalankatuklu Amazonların ölkəsinin qədim adlarını Albaniya, Atropatena və Amazoniya kimi qeyd edib. Tədqiqatçı UNESCO-nun mədəni irs siyahısına salınmış Qobustan, xüsusilə “Ana zağa” mağarasının Amazonların dünyada yeganə mağarası, Qax rayonunun Sarıbaş kəndinin əsl Amazon kəndi, Strabon, Herodot Arrian və digər antik yazarların, tarixçilərin məlumatları əsasında Amazonların yaşadığı yerlər olan Kerravn dağının Qarabağdakı Qərvənd-Camışdağı olduğunu, Amazon adının isə qədim Alazan çayının adından yarandığını elmi, arxeoloji, etnoqrafik və tarixi faktlarla bütün dünyaya sübut etməyə çalışdığını vurğulayıb: “Türk tarixçi Osman Kurt öz tədqiqatlarında savaşkar Amazonların kişilər xəyanət, satqınlıq edərkən cəzalandırma üsulu olaraq onların cinsiyyət üzvünün kəsilməsinin qanun olması tezisini ortaya atıb, sonralar hərəmxanalarda xədimlik məsələsinin kökünün də buradan başladığını irəli sürüb. Daha sonralar isə məzar üzərində daşdan həmin cinsiyyət orqanlarının - fallusların heykəllərinin qoyulduğunu söyləyib”.

N. Atəşi Azərbaycanın Qala kəndinin qədim qəbiristanlığında da belə bir fallus aşkar etdiyini bildirib: “Eyni zamanda Qala kəndinin yaşayış yerində də belə bir fallus tapılıb. Lakin məzar açılmadan və tədqiq edilmədən məhv edilib, yerində isə Pir tikilməsinə başlansa da, yarımçıq qalıb. Bu tarixi fiqur isə Qala kəndində açılmış möhtəşəm muzeyin eksponatları sırasına, kataloqa salınmamış muzeyin deposunda bir küncə atılıb. Qala kənd qəbiristanlığında qorunmamış qalan, hələlik dağıdılmamış məzarı haqında isə qədim Qala sakinləri bunları danışırlar: “Qədimdə sonsuz qadınlar bu məzarın üstünə gələrək fallusun üzərində oturmuş və tanrıdan övlad diləmişlər. Məzarın yanında olan digər qadın cinsiyyət üzvünə bənzər böyük məzar daşının üstünə uzanaraq ürəklərində niyyət tutaraq şüşə sındırmışlar”.

N. Atəşi bu fallusların Pirlə əlaqəsi olmadığını ehtimal edir və Azərbaycanın digər bölgələrində, hətta Qafqaz və Orta Asiyada bu fallusları Amazonların növbəti sirli izi kimi gün işığına çıxara biləcəyində israrlıdır. O, həmçinin Qala qəbiristanlığındakı bu əhəmiyyətli abidənin təcili hasara alınıb qorunulması üçün Azərbaycan Milli Elmlər Akademiyasına və Arxeologiya və Etnoqrafiya İnstitutuna rəsmi müraciət etdiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR