Bank Of Baku

Azərbaycanda 15 mindən çox şəxs “donuz qripi”nə qarşı peyvənd olunub

Azərbaycanda 15 mindən çox şəxs “donuz qripi”nə qarşı peyvənd olunub
# 25 yanvar 2010 13:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda 15 mindən çox vətəndaş A/H1N1 virusuna qarşı peyvənd edilib. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov məlumat verib. O bildirib ki, son bir həftədə Bakıda 13 mindən çox adam, başqa sözlə, peyvənd vurulacaq kontingentin 30 faizi “donuz qripi”nə qarşı peyvənd edilib. Ümumilikdə paytaxtda peyvənd vurulacaq şəxslərin sayı 42 minə yaxındır. V. Qasımov deyib ki, peyvəndləmə kampaniyası Sumqayıt və Abşeronu da əhatə edib. Ölkənin digər bölgələrində isə peyvəndləmə bu gündən başlayıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı Azərbaycana “donuz qripi”nə qarşı 172 min doza peyvənd göndərib. Peyvəndin ilk partiyası - 90 min doza yanvarın 8-də, ikinci hissəsi - 82 min doza isə yanvarın 14-də ölkəyə gətirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR