Bank Of Baku

Azərbaycanın şimal rayonlarında kəskin hava şəraiti müşahidə olunur

Azərbaycanın şimal rayonlarında kəskin hava şəraiti müşahidə olunur
# 25 yanvar 2010 14:17 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Bu gün səhər saatlarından başlayaraq Quba, Qusar və Xaçmaz rayonlarında qatı dumanlı hava şəraiti müşahidə olunur. APA-nın şimal bürosunun xəbərə görə, bölgəyə 1-2 sm qalınlığında qar da yağıb. Günorta saatlarından etibarən dumanın daha da artması, həmçinin yolların buz bağlanması avtomobil yollarında hərəkəti çətinləşdirib. Bakı-Quba magistralı ilə hərəkət edən avtomobillərin Dəvəçi rayonundan şimala doğru – Quba, Qusar və Xaçmaz istiqamətində irəliləməsi təhlükəli vəziyyətdədir. Səhər saatlarından indiyə kimi Quba-Qusar və Quba-Xaçmaz yolunda bir neçə avtomobil qəzası baş verib. Xoşbəxtlikdən qəzalarda xəsarət alan olmayıb.
Quba Regional Hidrometrologiya Müəssisəsinin direktoru Şahbala Salmanovun APA-ya verdiyi məlumata görə, yanvarın 24-ü axşam saatlarından etibarən şimal istiqamətindən Azərbaycana daxil olan soyuq hava kütləsi özü ilə qatı duman və qar gətirib. Temperatur birdən-birə 8-10 dərəcə enib.
Yerli hidrometroloqların bildirdiyinə görə, bölgənin yüksək dağlıq ərazilərində günəşli hava şəraiti müşahidə olunur. Qatı dumanın yaranması isə məhz ucqarlardakı anormal isti və dağətəyi ərazilərdəki şaxtalı havanın qarışması ilə əlaqələndirilir. Mövcud qeyri-sabit hava şəraitinin yanvarın 27-dək davam edəcəyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR