Bank Of Baku

Hacıqabul rayon İcra hakimiyyətinin başçısı: “Məzuniyyətim başa çatıb, bu gündən vəzifəmin icrasına başlamışam” - FOTO

Hacıqabul rayon İcra hakimiyyətinin başçısı: “Məzuniyyətim başa çatıb, bu gündən vəzifəmin icrasına başlamışam” - <font color=red>FOTO</font>
# 25 yanvar 2010 15:39 (UTC +04:00)
Hacıqabul. Әlibәy Zeynallı - APA. “Mən qanuni məzuniyyət müddətimi başa vurduqdan sonra bu gündən vəzifəmi icra edirəm”. Bu sözləri APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov deyib. Ə. Muxtarov mətbuatda barəsində yazılanlara aydınlıq gətirərək bildirib ki, yanvarın 25-nə qədər məzuniyyətdə olub. Bu gün isə məzuniyyətini başa vuraraq, vəzifəsini icra etməyə başlayıb.

İcra başçısı bu gün rayonun idarə və müəssisələrinin rəhbərləri ilə görüşüb, eyni zamanda vətəndaşları qəbul edərək onların şikayətlərini dinləyib.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetində Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, rayon prokuroru və polis rəisinin qara maskalılar tərəfindən aparılması barədə məlumat dərc olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR