Bank Of Baku

Azərbaycan FHN-nin Tibb Xidməti Mərkəzi Diaqnostik Poliklinikasının açılışı olub

Azərbaycan FHN-nin  Tibb Xidməti Mərkəzi Diaqnostik Poliklinikasının açılışı olub
# 25 yanvar 2010 19:43 (UTC +04:00)
Açılış mərasimində iştirakçılara poliklinikada yaradılmış Avtomatlaşdırılmış Tibbi İnformasiya Sistemi (ATİS) barəsində məlumat verilib.

Qeyd edilib ki, bu sistem vasitəsilə poliklinikaya daxil olanların nəinki şəxsi vəsiqələri, eləcə də biometrik parametrləri (məsələn, barmaq izləri), ikiölçülü və üçölçülü fototəsviri kompüter yaddaşına salınır, bu parametrlərə uyğun onların içəriyə daxil olması təşkil edilir.
Bundan başqa, kompüter bazasında Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Vahid Tibbi Registri yaradılıb.

Poliklinikada fəaliyyət göstərən Təcili Tibbi Yardım briqadası 24 saat ərzində yardıma ehtiyacı olan insanların köməyinə çatacaq. Xüsusi proqram vasitəsilə fövqəladə hal zonasında zərərçəkmişlərə ilkin yardım göstərən xilasedici, həmçinin uzaq məsafədə olsa belə on-layn rejimində peşəkar həkim məsləhəti alaraq, hər kəsə kömək edə bilər.

Qeyd edək ki, xəstəxanada terapiya və təxirəsalınmaz yardım, müalicə və diaqnostika şöbələrinin fəaliyyət göstərəcək. Burada Almaniya, Belçika, Fransa, Yaponiya, İsveçrə və digər ölkələrdən ən müasir tibbi avadanlıqlar alınaraq quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR