Bank Of Baku

Nazir: “Ucqar kənddə 20 nəfərlik məktəbi saxlamaqdansa, bir avtobus alıb uşaqları başqa məktəbə aparmaq daha yaxşı olar”

Nazir: “Ucqar kənddə 20 nəfərlik məktəbi saxlamaqdansa, bir avtobus alıb uşaqları başqa məktəbə aparmaq daha yaxşı olar”
# 26 yanvar 2010 08:27 (UTC +04:00)
Ağstafa. Ayxan Hüseynov-APA. “Azərbaycanın bir çox bölgələrində qəzalı vəziyyətdə olan məktəblər var.” APA-nın qərb bürosunun məlumatına görə, bu sözləri Ağstafa rayonuna səfər edən təhsil naziri Misir Mərdanov deyib. Nazir respublikada 4500-dən çox orta məktəb olduğunu bildirib: “İnsanlar elə bilirlər ki, min məktəb təmir olunub yenidən tikildisə hər sey yaxşıdır. Ancaq bilmək lazımdır ki, yeni tikilən məktəblər də gələn ilə aşınır, köhnəlir və burada təmirə ehtiyac duyulur. Buna görə də düşünürəm ki, qarşıdan gələn illərdə daha çox işimiz olacaq. Yəqin ki, qəzalı olan məktəblərə daha çox vəsait ayrılacaq”.
M. Mərdanov rayonların ucqar kəndlərində yerləşən bəzi orta məktəblərdə cəmi 15 şagirdin təhsil aldığını da deyib: “İndi fikirləşmək lazımdır ki, o məktəblərin fəaliyyət göstərməsi lazımdırmı? Bu gün dünyada azsaylı məktəblərin rasionallaşması prosesi gedir. Yəni xüsusi ayrılmış avtobuslarla uşaqlar evlərindən götürülərək qonşu kənddəki daha yaxşı məktəbə aparılır və axşam evlərinə gətirilir. Bu vəziyyətdən ən yaxşı çıxış yolu budur. Biz bunu Dünya Bankının maliyyələşdirdiyi layihədə qərarlaşdırmışıq. Lakin buna da dövlət tərəfindən vəsait ayrılmalıdır. Ucqar kənddə yerləşən 20 nəfərlik məktəbi saxlamaqdansa, bir avtobus alıb uşaqları daşımaq daha yaxşı olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR