Bank Of Baku

Azərbaycanın Quba rayonuna güclü qar yağıb

Azərbaycanın Quba rayonuna güclü qar yağıb
# 26 yanvar 2010 09:26 (UTC +04:00)
Quba. Könül Abdullayeva-APA. Azərbaycanın şimal bölgəsində dünən saat 16-dan etibarən hava şəraiti kəskin dəyişib. APA-nın şimal bürosunun xəbərinə görə, qarın yağması güclənib, gecə və səhər saatlarında bölgənin bütün rayonlarına qar yağmağa başlayıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, bölgədə ən çox qar yağıntısı (22 sm.) ən ucqar yaşayış məntəqəsi olan Xınalıq kəndində qeydə alınıb. Quba şəhərinə 6 sm, Qusara isə 8 sm qalınlığında qar yağıb. Ən aşağı temperatur göstəricisi də Qusarda qeydə alınıb: -12,3 dərəcə.
Bölgədəki bütün avtomobil yolları buz bağlayıb. Qeyri-sabit hava şəraiti Qubanın Qırız, Buduq, Xaltan, Söhüb, Qarxun kimi ucqar yaşayış məntəqələrinin rayon mərkəzi ilə avtomobil əlaqəsini tamamilə kəsib. Sakinlər bu gündən etibarən təqribən 10 km-lik məsafəni ya piyada, ya da atla getmək məcburiyyətindədir. Adıçəkilən ərazilərə avtomobillərin hərəkətinin yalnız qar tamamilə əridikdən sonra mümkün olacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR