Bank Of Baku

TQDK Ağstafada qəbul imtahanlarının nəticələrinə həsr olunmuş zona müşavirəsi keçirəcək - FOTO

TQDK Ağstafada qəbul imtahanlarının nəticələrinə həsr olunmuş zona müşavirəsi keçirəcək - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 09:59 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Ağstafada riyaziyyat fənni üzrə keçirilən elmi-metodiki seminarla canlı bağlantı yaradılıb. APA-nın məlumatına görə, seminarda Ağstafa, Gədəbəy, Qazax, Şəmkir, Tovuz rayonlarından olan müəllimlər iştirak edib. Seminarda çıxış edən TQDK-nın imtahanın təşkili şöbəsinin müdiri Arzu Bağırov bildirib ki, elmi-metodiki seminarlar artıq Naxçıvanda, Lənkəranda, Qubada, Şəkidə, Gəncədə keçirilib. Əsas məqsəd isə bölgələrdə çalışan qabaqcıl müəllimlərin təcrübəsindən istifadə etmək və qəbul imtahanlarında istifadə edilən test nümunələrini region müəllimləri ilə müzakirə etməkdir. A. Bağırovun sözlərinə görə, sabah TQDK Ağstafada qəbul imtahanlarının nəticələrinə həsr olunmuş zona müşavirəsi keçirəcək. Zona müşavirəsində TQDK sədri Məleykə Abbaszadə də iştirak edəcək. Şöbə müdiri deyib ki, indiyədək keçirilən elmi-metodiki seminarlarda 2000-dək müəllim iştirak edib. Gələcəkdə elmi-metodiki seminarlar ölkənin bütün bölgələrini əhatə edəcək. Artıq bunun üçün lazımi avadanlıqlar alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR