Bank Of Baku

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycan paytaxtında yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib
# 26 yanvar 2010 10:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda yolların buz bağlaması nəticəsində yıxılaraq xəsarət alan 11 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə APA-ya Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib.

Onun sözlərinə görə, bu gün səhərdən saat 12.00-dək 11 nəfər Təcilli Tibbi Yardım Stansiyasına müraciət edib. Həmin şəxslərin hamısı şəhər ərazisində müxtəlif xəstəxanalara yerləşdiriliblər. R. Nağıyev hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Təcilli Tibbi Yardım Stansiyasının gücləndirilmiş iş rejimində çalışdığını da bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR