Bank Of Baku

Radiasiya Problemləri İnstitutu ilə Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu arasında niyyət protokolu imzalanıb

Radiasiya Problemləri İnstitutu ilə Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu arasında niyyət protokolu imzalanıb
# 26 yanvar 2010 10:06 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu ilə Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu arasında elmi əməkdaşlıq sahəsində niyyət protokolu imzalanıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, niyyət protokolu Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun Koreya Atom Enerjisi Tədqiqatları İnstitutu ilə ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə yanvarın 18-24-də bu ölkəyə səfəri zamanı imzalanıb. Niyyət protokolu əsasında birgə elmi-tədqiqat işlərinin aparılması, kadr hazırlığı, layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR