Bank Of Baku

Ötən il Azərbaycanda məşğulluq xidməti orqanlarına müraciət edənlərin 61%-i işlə təmin olunub - FOTO

Ötən il Azərbaycanda məşğulluq xidməti orqanlarına müraciət edənlərin 61%-i işlə təmin olunub - <font color=red>FOTO</font>
# 26 yanvar 2010 10:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda 2009-cu il ərzində məşğulluq xidməti orqanlarına 46 467 vətəndaş müraciət edib ki, onlardan 28 382 nəfəri (61,1%-i) münasib işlə təmin edilib, 1 508 nəfəri (3,3%-i) isə haqqı ödənilən ictimai işlərə cəlb olunub. «APA-Economics»in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin rəisi Anar Bədəlbəyli bildirib.

Ötən ilin nəticələri ilə bağlı məlumat verən A.Bədəlbəyli hesabat ilində məşğulluq xidməti orqanları tərəfindən 4 827 nəfərin peşə hazırlığı kurslarına cəlb edildiyini və bunun 2008-ci ilin yekunları ilə müqayisədə 42,3% artığını bildirib.

A.Bədəlbəylinin sözlərinə görə, Bakı və Naxçıvan, eləcə də Göyçay rayon Peşə Tədrisi Mərkəzlərində cəmi 2 131 nəfər (1 398 nəfər Bakı, 193 nəfər Naxçıvan, 580 nəfər Göyçay rayonunun payına düşüb) işaxtaran vətəndaş tədris mərkəzində peşə hazırlığı kurslarına cəlb olunub. Həmçinin, bu müddət ərzində məşğulluq xidməti orqanları və Ədliyyə Nazirliyinin Pentensiar Xidməti ilə birlikdə 155 nəfər məhkumluq müddətinin bitməsinə az qalmış şəxslər «Kompüter istifadəçisi», «Dərzi», «Bərbər», «Dülgər-xarrat» və digər peşələri üzrə hazırlıq kurslarına cəlb olunub.

Ötən il ərzində respublikada keçirilən əmək yarmarkalarından danışan A.Bədəlbəyli şəhər və rayonlarda 56 əmək yarmarkasının keçirildiyini deyib. Bu yarmarkalarda 3 022 müəssisə 24 190 boş iş yerləri ilə iştirak edib və nəticədə, 8 132 nəfər işaxtaran və işsiz vətəndaş münasib işlə təmin olunub, 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib.

A.Bədəlbəyli bildirib ki, Xidmət tərəfindən 5 086 nəfərə qanunamüvafiq qaydada işsiz statusu verilib, 5 687 nəfərə isə işsizlik müavinətı təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR