Bank Of Baku

HİV infeksiyasının yayılmasının qarşısının alınması haqqında qanun layihəsi parlament komitəsində müzakirə olunub

HİV infeksiyasının yayılmasının qarşısının alınması haqqında qanun layihəsi parlament komitəsində müzakirə olunub
# 26 yanvar 2010 12:44 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (HİV infeksiyasının) yayılmasının qarşısının alınması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Komitənin sədr müavini Musa Quliyev deyib ki, layihə birinci oxunuşda müzakirə olunarkən irəli sürülən rəy və təkliflər nəzərə alınıb, bəzi dəqiqləşmələr aparılıb. O bildirib ki, 7 fəsil, 30 maddədən ibarət layihə ikinci oxunuşda parlamentin plenar iclasında müzakirə olunmağa tam hazırdır.

Müzakirələrdən sonra sənəd parlamentin yaz sessiyasının plenar iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR