Bank Of Baku

Azərbaycanda insan kapitalının və intellektual resursların qorunması üçün yeni qurumun yaradılması təklif edilir

Azərbaycanda insan kapitalının və intellektual resursların qorunması üçün yeni qurumun yaradılması təklif edilir
# 26 yanvar 2010 12:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun baş elmi işçisi, professor Əbülhəsən Abbasov Azərbaycanda elm, təhsil, mədəniyyət sahələrinin, ümumiyyətlə, mənəvi-intellektual həyatın vahid mərkəzdən idarə olunması və tənzimlənməsi üçün yeni və səlahiyyətli dövlət qurumunun yaradılması təklifi ilə çıxış edib. Bu barədə APA-ya Ə. Abbasov özü məlumat verib.

O bildirib ki, belə bir mərkəzi orqan kimi Azərbaycan Prezidenti yanında İntellektual Resurslar və İnsan Kapitalı Problemləri üzrə Dövlət Müşavirliyi Xidməti yaradıla və Azərbaycan Nazirlər Kabinetinin strukturunda fəaliyyət göstərən aidiyyəti qurumlar da strateji rəhbərlik və koordinasiya tələbləri baxımından bu xidmətin funksional səlahiyyətləri və vəzifələri çərçivəsində işlərini qura bilərlər. Ə. Abbasov deyib ki, həm prezident İlham Əliyevin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının uğurla başa çatdırılması üçün, həm də qabaqcıl ölkələrin təcrübəsində sınaqdan çıxarılmış idarəetmə fəlsəfəsinin prinsiplərinə riayət etmək baxımından belə bir qurumun yaradılması müsbət addım olardı: “Prezidentin sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək, eləcə də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin son vaxtlar bu sahələrdəki boşluqlardan bəhs edən silsilə məqalələrində qaldırdığı problemlərin fundamental həlli üçün də belə bir səlahiyyətli qurumun yaradılması son dərəcə vacibdir. Təklif qəbul olunarsa, bu, ümumilikdə Azərbaycanda intellektual resursların formalaşmasına və istifadəsinə, insan kapitalının zamanın tələblərinə və beynəlxalq standartlara müvafiq surətdə idarə edilməsinə, biliklərə və müasir informasiya-kommunikasiya texnologiyalarına əsaslanan innovasiya yönümlü iqtisadiyyatın qurulmasına, elm, təhsil, mədəniyyət problemlərinin həllinə böyük töhfə verə bilər”.

Ə. Abbasov onu da bildirib ki, yaxın günlərdə o, bu təklifini əsaslandırılmış sənəd şəklində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə də göndərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR