Bank Of Baku

Əlyazmalar İnstitutu 4000-dən artıq əlyazma haqqında Azərbaycan, ingilis və ərəb dillərində informasiya bankı hazırlayıb

Əlyazmalar İnstitutu 4000-dən artıq əlyazma haqqında Azərbaycan, ingilis və ərəb dillərində informasiya bankı hazırlayıb
# 26 yanvar 2010 13:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 2009-cu ildə elmi fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb. İnstitutdan APA-ya verilən məlumata görə, ötən il əlyazmaların və arxiv materiallarının digital disklərə yazılması işinə başlanılıb. 4000-dən artıq əlyazma haqqında Azərbaycan, ingilis və ərəb dillərində informasiya bankı hazırlanıb. Ötən ildən institutda şəxsi arxivlərin də diskə köçürülməsinə başlanılıb. 2009-cu ildə Azərbaycanın görkəmli ədibi Yusif Vəzir Çəmənzəminlinin arxivi tam olaraq diskə köçürülüb.
Hesabat ilində institutda Əbdülqəni Nuxəvi Xalisəqarızadənin əlyazmalarının elmi təsviri, Abdulla bəy Asinin şeirlərinin tədqiqi və nəşrə hazırlanması, Hacı Mirzə Ağarəhim Qüdsinin divanının nəşrə hazırlanması, “Koroğlu” dastanının əlyazma variantlarının transfoneliterasiyası və nəşrə hazırlanması, Haşım bəy Saqibin divanının nəşrə hazırlanması, Əbu Übeydə Məmər bin əl-Müsənnə ət-Teyminin “ Müntəxəbül–lüğə”, Əbülhüseyn Əhməd bin Məhəmməd əl-Qüdurinin “Müxtəsərül-Qüduri”, Şeyxülislam Hacı Mövlazadə Şəkəvi və onun “Kitabül- bəyan fi-təfsiril-Quran” əsərlərinin tədqiqi işləri tam başa çatdırılıb. Ötən il Füzulinin biblioqrafiyası təkmilləşdirilərək nəşrə hazırlanıb. Rəşid bəy Əfəndiyevin şəxsi fondunun nəşrə hazırlanması istiqamətində iş aparılıb, şəxsi arxivlərdəki paremioloji vahidlərin tədqiqi davam etdirilib.
İnstitutun tərcümə və informasiya şöbəsində tibb tarixinə aid Mir Məhhəməd Möminin “Töhfətül-möminin” əsəri tərcümə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR