Bank Of Baku

«Azercell» şirkəti uşaq hüquqlarının müdafiəsi ilə bağlı mükafata layiq görülüb

«Azercell» şirkəti uşaq hüquqlarının müdafiəsi ilə bağlı mükafata layiq görülüb
# 26 yanvar 2010 14:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. «Azercell Telekom» şirkəti ötən il uşaq hüquqlarının müdafiəsi və ya təbliği sahəsində «İlin Korporativ Sosial Məsuliyyətli Şirkəti» adını alıb. Bu barədə «APA-Economics»ə «Azercell Telekom» şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bu mükafata «Azercell Telekom» il ərzində həyata keçirdiyi bir sıra Sosial Məsuliyyət layihələri ilə yanaşı, Azərbaycan höküməti, Heydər Əliyev Fondu və UNICEF-lə birgə təşkil etdiyi «Hər Uşağın Ailəyə Ehtiyacı Var» kampaniyasına və xüsusi qayğıya ehtiyacı olan uşaqların dental müalicəsi üçün yaradılan Mobil Diş Klinikası layihəsinə görə layiq görülüb.

Ümumilikdə, 2007-ci ildən başlayaraq, Ümidli Gələcək Gənclər Təşkilatı Uşaq Hüquqları üzrə QHT Alyansı ilə birlikdə hər il uşaq hüquqları sahəsində əməli iş görən, amma fəaliyyəti geniş ictimaiyyətə bəlli olmayan şəxslər və təşkilatların adlarını müəyyənləşdirir. Son 3 ildə təqdim olunan mükafatın qaibləri sırasında hər dəfə ilk yerdə «Azercell Telekom» MMC-nin adı çəkilir. Həmçinin, 2006-cı və 2007-ci illərdə «Azercell»in adı ilin xeyriyyəçi özəl şirkəti kimi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR